"Bayramovla Mirzoyan arasında dialoqun uğurlu olacağına ümid edirəm" - Qaribaşvili
Bundan əvvəl tərəflər Düşənbədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.
"Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsini alqışlayıram. Görüşün uğurlu olacağına və dialoqun müsbət dinamikasına töhfə verəcəyinə ümid edirəm".
Hökumət başçısı artıq hər iki ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.
Ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Sülh qonşuluq təşəbbüsü”nə başlayıb. Baş nazir qonşulara Ermənistan, Azərbaycan və Gürcüstanın iştirak edəcəyi qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib.
AzVision.az
Teqlər: