Azərbaycan Respublikasının yubiley medalı təsis olunub

  Azərbaycan Respublikasının  yubiley medalı təsis olunub
  16 İyul 2022    Oxunub:1843
Azərbaycan Respublikasının yubiley medalı təsis olunub.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə imzaladığı Qanunla təsdiqlənib.

Qanuna əsasən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib. Eyni zamanda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq olunub.

AzVision.az



Teqlər: Prezident   Qanun  



Xəbər lenti