İndoneziyada silahlı hücumda 10 nəfər ödürülüb

İndoneziyada silahlı hücumda 10 nəfər ödürülüb
  16 İyul 2022    Oxunub:1907
İndoneziyada silahlı hücum zamanı 10 nəfər ölüb
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qərbi Papua Azadlıq Ordusuna aid silahlılar tərəfindən həyata keçirilib.

Papua əyalət polisinin məlumatına görə, hücumda 10 tacir öldürülüb 2-i yaralanıb.

Polis sözçüsü Əhməd Mustofa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.

Kamal 7 nəfərin hadisə yerində, 3 nəfərin isə yaxınlıqdakı klinikada dünyasını dəyişdiyini bildirib.

Xatırladaq ki, 1963-cü ildən İndoneziya bölgəsinə birləşən Papua bölgəsi Niderlandın nəzarəti altındadır.

AzVision.az



Teqlər: İndoneziya   Terror  



Xəbər lenti