Şuşada jurnalistlər üçün Yay Məktəbi - Fotolar

   Şuşada jurnalistlər üçün Yay Məktəbi -    Fotolar
  17 İyul 2022    Oxunub:1726
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verir.
Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsini və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədi ilə təlim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilir.

Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin eləcə də İİTKM-in əməkdaşları iştirak edir. 2 günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.

























AzVision.az





Teqlər:



Xəbər lenti