Ter-Petrosyanın evinə bomba qoyulması barədə məlumat yayıldı

   Ter-Petrosyanın evinə bomba qoyulması barədə məlumat yayıldı
  17 İyul 2022    Oxunub:1025
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın evinə bomba qoyulması barədə ölkə polisinə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu məlumatı sabiq prezidentin mətbuat katibi Arman Musinyan təsdiqləyib.

Bildirilib ki, hadisə yerinə polis əməkdaşları, istehkamçılar və kinoloqlar gəlib, Levon Ter-Petrosyanın evi mühasirəyə alınıb.

Ermənistanın birinci prezidentin evindəki bomba siqnalının yalan olduğu məlum oldu. Yoxlama nəticəsində heç bir təhlükəli əşya aşkar edilməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti