Somalidə terror: İki nazir yaralanıb

      Somalidə terror:    İki nazir yaralanıb
  18 İyul 2022    Oxunub:1379
Somalinin cənub ştatın Hirşabelle əyalətinin paytaxtı Couxar şəhərində otelin yaxınlığında güclü partlayış baş verib.
Bu barədə “Somali Guardian” məlumat yayıb. Prezident kompleksinin yaxınlığındakı “Nur Dob” otelinin girişində yük maşını partlayıb. Hadisə zamanı binaya, eləcə də yaxınlıqdakı evlərə xeyli ziyan dəyib.

Nəşrin məlumatına görə, partlayışda xəsarət alanlar arasında səhiyyə və qadın məsələləri üzrə nazirlər, həmçinin Hirşabel muxtar vilayəti parlamentinin keçmiş sədr müavini də var. Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror qruplaşması üzərinə götürüb.

AzVision.az



Teqlər:



Xəbər lenti