Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu

   Ukraynada daha bir    azərbaycanlı döyüşçü həlak oldu
  18 İyul 2022    Oxunub:1359
Ukraynada gedən ağır döyüşlər zamanı daha bir azərbaycanlı - Kərim Qulamov həlak olub.
Bu barədə yaxınları Kərim Qulamovun şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirilib. Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb. Qeyd olunur ki, 35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. Ötən gün o, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan həmyerlimiz Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib. Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.


AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti