Ceyhun Bayramov Brüsseldə Stoltenberqlə görüşəcək

Ceyhun Bayramov Brüsseldə Stoltenberqlə görüşəcək
  18 İyul 2022    Oxunub:1860
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək.
AzVision.az xəbər verir ki, səfəri çərçivəsində Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək. Görüş NATO-nun mənzil-qərargahında baş tutacaq.

“İyulun 19-da NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüş mətbuata bağlı qapılar arxasında keçiriləcək”, - Alyansın məlumatında deyilir.

AzVision.az



Teqlər: XİN   NATO  



Xəbər lenti