Ukrayna səfirindən həlak olan azərbaycanlı ilə bağlı paylaşım

   Ukrayna səfirindən həlak olan azərbaycanlı ilə bağlı paylaşım
  18 İyul 2022    Oxunub:1282
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Azərbaycan əsilli Kərim Qulamovla bağlı paylaşım edib.
AzVision.az xəbər verir ki, diplomat feysbukda yazıb:

“Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamov Rusiya işğalçıları ilə döyüşdə həlak olub. Ukraynada Kərim M2 telekanalında aparıcı kimi tanınırdı. Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu Vətənini müdafiə etmək üçün ayağa qalxmışdı...”.


AzVision.az


Teqlər:



Xəbər lenti