Gömrük Komitəsi sədrinin iki birinci müavini olacaq

   Gömrük Komitəsi sədrinin iki birinci müavini olacaq
  18 İyul 2022    Oxunub:1184
Dövlət Gömrük Komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki birinci müavini olacaq.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırılıb. İndiyə qədər Dövlət Gömrük Komitəsinin sədrinin bir birinci müavini var idi.

AzVision.az



Teqlər:



Xəbər lenti