Bundestaqda NATO-nun buraxılmasına hazırlaşmağa çağırılıb

   Bundestaqda NATO-nun buraxılmasına hazırlaşmağa çağırılıb
  18 İyul 2022    Oxunub:791
Avropa İttifaqı NATO-nun dağılmasına hazırlaşmalı və üzv ölkələrin öz maraqlarından ABŞ-ın xeyrinə imtina etmələrini tələb etməyən siyasət yürütməlidir.
Bunu Çinin “Global Times” qəzetinə müsahibəsində Almaniya Bundestaqının Sol Partiyadan olan deputatı Sevim Dağdelen deyib. “Bizim uzunmüddətli hədəfimiz NATO-nun ləğvi və onun tam şəkildə tərksilah və əməkdaşlığa yönəlmiş kollektiv təhlükəsizlik sistemi ilə əvəzlənməsi olmalıdır”-deyə, o bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ-ın Ukraynadakı vəziyyətlə bağlı maraqları bir-biri ilə tamamilə ziddiyyət təşkil edir. Beləliklə, ABŞ Rusiyanın hərbi məğlubiyyəti üçün son ukraynalıya qədər döyüşməyə hazırdır. Dağdelen bildirib ki, Aİ Vaşinqtonun maraqlarına və strategiyasına uyğunlaşmamalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti