Türkiyə kəşfiyyatının axtardığı terrorçu məhv edildi

Türkiyə kəşfiyyatının axtardığı terrorçu məhv edildi
  18 İyul 2022    Oxunub:1168
Türkiyə hərbçiləri uzun müddətdir qırmızı bülletenlə axtarılan terrorçunu zərərsizləşdirib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında açıqlama verib. Nazir PKK terrorçusu Necati Utku Kirazın zərərsizləşdirildiyi barədə məlumat verib.

“Uzun müddətdir ki, təqib edirdik. Jandarma Kəşfiyyatı və Diyarbəkir polisinin uğurlu əməliyyatı ilə son zərbə vuruldu. Bir çox hadisələrin səbəbkarı, qırmızı bülletenlə axtarılan “Azat Kendal” kod adlı Necati Utku Kiraz və daha bir terrorçu zərərsizləşdirildi. Əlinizə sağlıq, qəhrəmanlar”, - deyə Süleyman Soylu qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti