Rusiyada bir həftədə yoluxma halları 30% artıb

   Rusiyada bir həftədə yoluxma halları 30% artıb
  18 İyul 2022    Oxunub:2915
Rusiyada son bir həftədə koronavirusa yoluxma halları 30,2% artıb.
Bu barədə Rusiya Operativ Qərargahı məlumat yayıb. Belə ki, son bir həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 20,1 olub və əvvəlki həftə ilə müqayisədə 30,2% artıb.

Rusiyanın 68 subyektində, o cümlədən 22 regionda xəstələnmə hallarının orta ölkə səviyyəsindən çox artıb. Qeyd olunur ki, həftə ərzində xəstəxanaya yerləşdirilmə göstəricisi 3,2% artıb. Xəstəxanaya yerləşdirilənlərin sayında artım Rusiyanın 44 regionunda baş verib. Son məlumatlara görə, Rusiyada 18 494 844 nəfərdə koronavirus aşkarlanıb, 17 911 340 nəfər sağalıb, 381 916 nəfər ölüb.


AzVision.az


Teqlər:



Xəbər lenti