Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq

   Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq
  19 İyul 2022    Oxunub:894
“Bayraktar” pilotsuz uçan aparatlarının Rusiyaya satışına heç vaxt icazə verməyəcəyik və Ukraynanı dəstəkləcəyik.
AzVision.az xəbər verir ki, bhnh Türkiyənin “Baykar Makina” şirkətinin icraçı direktoru Haluk Bayraktar CNN telekanalına müsahibəsində deyib. O
Türkiyənin Ukraynanın silah təchizatından da danışıb.

“Türkiyə ilə Ukrayna arasında xüsusilə aerokosmik və müdafiə sektorlarında strateji səviyyədə əlaqələr var. Türkiyə Ukraynaya döyüş pilotsuz təyyarələri ilə dəstək verir. Biz Ukraynadan pilotsuz təyyarələr üçün turbin mühərrikləri alırıq. Biz Ukrayna ilə münasibətləri elə qurmuşuq ki, bu, hər iki ölkəyə üstünlük qazandırır”.

“Bayraktar” PUA-larının Rusiyaya tədarükünün mümkünlüyü ilə bağlı suala isə Bayraktar mənfi cavab verib.

“Biz onları təmin etmədik. Bunu heç vaxt etməyəcəyik. Çünki biz Ukraynanı, onun suverenliyini, müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti