Şagirdlərimiz Beynəlxalq Kimya Olimpiadasında 4 medal qazandı

Şagirdlərimiz Beynəlxalq Kimya Olimpiadasında 4 medal qazandı
  19 İyul 2022    Oxunub:1156
10-18 iyul 2022-ci il tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) onlayn şəkildə təşkil edilib.
Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, olimpiadada Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medal, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Dəniz Səttarlı və Astara rayonu Pensər kənd Z.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov bürünc medal qazanıb.

Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq!

AzVision.az


Teqlər:





Xəbər lenti