Misirdə ağır yol qəzası: 22 nəfər ölüb

   Misirdə ağır yol qəzası:    22 nəfər ölüb
  19 İyul 2022    Oxunub:1079
Misirin mərkəzi hissəsində yerləşən El Minya əyalətində baş vermiş yol qəzası nəticəsində ən azı 22 nəfər ölüb, 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə yerli yol polisinə istinadən "Al-Youm Al-Sabia" xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, hadisə Mallavi şəhəri yaxınlığındakı yolda baş verib. Cənubdakı Sohaq əyalətindən Qahirəyə doğru hərəkət edən 45 sərnişini daşıyan avtobus, içərisində insanların da olduğu yol kənarında dayanmış yük maşınına çırpılıb. Yaralılar yerli xəstəxanaya çatdırılıb, onların müalicəsi davam etdirilir.

İlkin məlumatlara görə, avtobusun sərnişinləri Misirin cənub bölgələrinin sakinləridir. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

AzVision.az



Teqlər:



Xəbər lenti