Türkiyə koronavirusla bağlı məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır

   Türkiyə koronavirusla bağlı    məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır
  19 İyul 2022    Oxunub:1716
Türkiyə hakimiyyəti ölkədə koronavirusa yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə artması səbəbindən məhdudlaşdırıcı tədbirlərə qayıtmağı planlaşdırmır. Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, reanimasiya şöbələrində yeni yerlərin açılması nəzərdə tutulmur: “Panika yoxdur. İndi biz bilirik ki, harada maska taxmaq lazımdır və harada özümüzü qorumaq lazımdır. Gündə yoluxma sayının 40 dəfə artmasına baxmayaraq, yenidən bağlanmalar və bənzər hallar olmayacaq. Eyni zamanda, belə bir artımın reanimasiya şöbələrində xəstəxanaya yerləşdirmələrə ciddi təsir göstərmədiyini görürük”.


AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti