Azərbaycanda jurnalistlərə maska tələbi qoyuldu

   Azərbaycanda jurnalistlərə maska tələbi qoyuldu
  19 İyul 2022    Oxunub:1188
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.
AzVision.az "Qarabağ"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti