Köçəryan koronavirusa yoluxub

   Köçəryan koronavirusa yoluxub
  19 İyul 2022    Oxunub:849
Ermənistanın ikinci prezidenti Robert Köçəryan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, o, bu səbəbdən bu gün məhkəmə prosesində iştirak etməyib. Hakim məhkəməni sentyabrın 20-dək təxirə salıb.

Qeyd edək ki, hazırda İrəvanın Şenqavit rayon Məhkəməsində R.Köçəryanın məhkəməsi keçirilir. O, külli miqdarda rüşvət almaqda ittiham olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti