Avrozonada inflyasiya rekord həddə çatıb

   Avrozonada inflyasiya rekord həddə çatıb
  19 İyul 2022    Oxunub:1063
2022-ci ilin iyun ayında Avrozonada inflaysiya əvvəlki ayla müqayisədə 0,5% artaraq rekord - 8,6 % çatıb.
Bu barədə Avropa Birliyinin əsas statistika agentliyi olan Eurostat məlumat yayıb. Bir il əvvəl iyunda bu göstərici 1,9% olub. Bütövlükdə Aİ-də ayın yekunlarına görə qiymət artımı daha da yüksək olub və 9,6%-ə çatıb. May ayında bu göstərici 8,9% təşkil edib.

Eyni zamanda, Avropa İttifaqının konkret üzv dövlətlərində inflyasiya dəyərləri orta rəqəmlərdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Məsələn, Fransada qiymətlər cəmi 6,5%, Almaniya və Finlandiyada isə 8% artıb. İnflyasiyanın 19-22% bölgəsində olduğu Baltikyanı ölkələr ən çox zərər çəkib.

Hesabatda həmçinin avrozona iqtisadiyyatının konkret sektorlarında qiymət dinamikası haqqında məlumat verilir. Ən kəskin vəziyyət enerji sektorunda yaranıb - orada qiymət artımı 4,19 faiz bəndi təşkil edib. Qeyri-enerji sənayesi məhsulları, xidmətlər, tütün və alkoqol sənayesi mövcud tendensiyalardan az təsirlənib - orada 1-2 faiz bəndli inflyasiya müşahidə olunur.


AzVision.az



Teqlər:



Xəbər lenti