Estoniyada qaz çatışmazlığına görə fövqəladə vəziyyət yarana bilər

   Estoniyada qaz çatışmazlığına görə fövqəladə vəziyyət yarana bilər
  19 İyul 2022    Oxunub:1338
Estoniyanın Şəhərlər və Qəsəbələr İttifaqı bəyan edib ki, təbii qazın verilməsində əhəmiyyətli fasilələr tezliklə dövlət səviyyəsində fövqəladə vəziyyətə səbəb ola bilər.
İttifaqın icraçı direktoru Veykko Luhalayd bildirib ki, mövcud vəziyyət ən azı iki şərtə cavab verir: təbii qazın verilişində xeyli fasilələr var, bazar mexanizmləri isə kifayət qədər qaz təchizatını təmin etmir:

“Deməli, söhbət dövlət səviyyəsində fövqəladə vəziyyətdən və ya onun təhlükəsindən gedir”.
Onun sözlərinə görə, istilik təchizatında yaranan fasilələrlə bağlı problemi təkcə yerli özünüidarəetmə qüvvələri həll edə bilməz, ona görə də dövlət yardım göstərməlidir.


AzVision.az



Teqlər:



Xəbər lenti