London və İrlandiyada rekord istilik

   London və İrlandiyada rekord istilik
  19 İyul 2022    Oxunub:1137
İrlandiya tarixində iyul ayında ən yüksək temperatur qeydə alınıb.
Bazar ertəsi Dublində temperatur +33 dərəcəyə qalxıb. İrlandiyanın meteoroloji məlumatlarının tarixində yalnız bir dəfə daha isti temperatur qeydə alınıb ki, bu da 1887-ci ilin iyununda - cəmi 0,3 dərəcə yüksək olub. Ən azı səkkiz meteoroloji stansiya dünən 30 dərəcə və ya daha yüksək temperatur qeydə alıb ki, bu da iyulun adi 18-20 dərəcə diapazonundan xeyli yüksəkdir.

Bu gün günorta saatlarında Londonda da havanın temperaturu 40,2° C olub. Bundan əvvəlki rekord 2019-cu ilin iyulunda Kembricdə, 38,7° dərəcə qeydə alınıb. Sinoptiklər bildirib ki, bu, müvəqqəti rekorddur və temperatur hələ də yüksəlir. Onlar temperaturun 42° dərəcəyə çata biləcəyini vurğulayıblar. Bu da insanların sağlamlığına ciddi təsir göstərə bilər.

AzVision.az



Teqlər:



Xəbər lenti