Gözdən əlilliyi olan 50 nəfərə reabilitasiya xidmətləri göstərilib

Gözdən əlilliyi olan 50 nəfərə reabilitasiya xidmətləri göstərilib
  19 İyul 2022    Oxunub:1324
Bu ilin ilk altı ayında Sosial Xidmətlər Agentliyinin görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində 20-yə yaxın gözdən əlilə sosial xidmətlər göstərilib.
AzVision.az xəbər verir ki, şöbə 5-29 yaşlı görmə üzrə əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Müəssisəyə görmə üzrə əlilliyi olan şəxslər stasionar və yarımstasionar formada qəbul olunur. Müəssisəyə qəbul edilmiş şəxslərin müəyyən edilmiş fərdi inkişaf proqramına uyğun olaraq təqdim olunan bütün növ xidmətlərdən istifadə etmək hüquqları var.



Son bir ildə 50-yə yaxın şəxs görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə qəbul edilərək, müvafiq xidmətlərə cəlb ediliblər.

Bu şöbəyə qəbul edilən şəxslərə tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir. Onların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində iş aparılır. Bütün xidmətlər dövlət vəsaiti hesabına həyata keçirilir.





AzVision.az


Teqlər:





Xəbər lenti