Putin, Ərdoğan və Rəisinin görüşü sona çatdı - YENİLƏNİB
Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir. Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.
***
Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.
Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


