"Çap mediasında analitik təhlillərin çoxluğu bizi sevindirir" - MEDİA-nın icraçı direktoru

   "Çap mediasında analitik təhlillərin çoxluğu bizi sevindirir" -    MEDİA-nın icraçı direktoru
  20 İyul 2022    Oxunub:1571
İnformasiyanı ən çox onlayn mediadan alıram. Amma işimlə əlaqədar hər səhər çap mediasına da nəzər yetirirəm. Çap mediasında analitik təhlillərin çoxluğu bizi sevindirməkdədir.
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ASAN Radionun "QəbuldaASAN" verilişində deyib. Sosial mediada bir o qədər də aktiv olmadığını deyən icraçı direktor əsasən tvitterdən istifadə etdiyini vurğulayıb.

"Radioya əsasən nəqliyyat vasitəsindən istifadə edəndə qulaq asıram. Televiziyada isə əsasən xəbərlərə baxıram. Əgər hansısa materiala baxa bilməmişəmsə, onun yazılı variantını sonradan izləyirəm".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti