Şri-Lanka parlamenti yeni prezidenti seçdi

   Şri-Lanka parlamenti yeni prezidenti seçdi
  20 İyul 2022    Oxunub:896
Şri-Lanka parlamenti daxili səsvermə yolu ilə dövlət başçısı vəzifəsini icra edən 73 yaşlı sabiq baş nazir Ranil Vikramasinqhi yeni prezident seçib.
225 parlament üzvündən 134-ü Ranil Vikramasinqhin lehinə səs verib. Onun əsas rəqibi, hakim partiyadan olan deputat Dullas Alahapperuma isə cəmi 82 səs toplayıb.

Ranil Vikramasinqh bundan öncə Birləşmiş Milli Partiyanın lideri kimi iki dəfə prezidentliyə namizədliyini irəli sürsə də, qanunvericilərin kifayət qədər səsini toplaya bilməmişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti