Fon der Lyayen Bakıda imzalanan memorandumdan danışdı

 Fon der Lyayen Bakıda imzalanan memorandumdan danışdı
  20 İyul 2022    Oxunub:800
"Biz qənaət üçün qarşıdan gələn qışa qaz istehlakını azaltmalıyıq. Mən anlayıram ki, bu, çox böyük bir istək və çağırışdır, amma bu bizi böhrandan xilas edəcək. Hər bir üzv ölkə qaz istifadəsini azaltmalıdır".
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib. Onun sözlərinə görə, üzv ölkələr qaza 15 faizədək qənaət etməklə 45 milyard kub metr qaz ehtiyatda olacaq. O bildirib ki, bu gün Aİ-nin 12 ölkəsi Rusiyadan gələn qazın qismən azalması və ya tamamilə kəsilməsindən təsirlənib.

"İki gün əvvəl Azərbaycanla Anlaşma Memorandumu imzaladıq ki, bu da Avropaya qaz idxalını artırmağa imkan verəcək. Avropa həm də gələcəkdə əsas enerji mənbəyinə çevriləcək bərpaolunan enerji üzərində işləyir".

AzVision.az





Teqlər:





Xəbər lenti