Yoluxmanın artmasının səbəbləri açıqlanıb

   Yoluxmanın artmasının səbəbləri açıqlanıb
  20 İyul 2022    Oxunub:952
“İlin əvvəlində “Omikron” ştamının bir neçə növü var idisə, bu gün yeni variantlar meydana çıxır. İnsanlarda yaranan kütləvi immunitetin zamanla zəifləməsi, yeni ştamın meydana çıxması bugünkü vəziyyətə səbəb olur. Bu da təbiidir. Çünki “Omikron” ştamı sürətlə yayılır”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, koronavirusun “Delta” ştamı əvvəlki mutasiyalardan fərqli olaraq daha yoluxucu və ağır fəsadlar verirdi.

Bu variantda insanların xəstəliyi daha ağır keçirdiyini vurğulayan infeksionist qeyd edib ki, hazırda bu ştama demək olar ki, rast gəlinmir. Nazirlik rəsmisinin sözlərinə görə, bu gün əsas “Omikron” ştamının növləri gündəmdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti