Bolqarıstanın baş naziri Azərbaycana gələcək

Bolqarıstanın baş naziri Azərbaycana gələcək
  20 İyul 2022    Oxunub:1661
Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycana səfər edəcək.
AzVision.az Bolqarıstan Milli Radiosuna (BNR) istinadən xəbər verir ki, məqsəd Avropadakı enerji böhranı fonunda əlavə qaz tədarükünü müzakirə etməkdir.

“Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm. Azərbaycan Prezidenti İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsinin müzakirəsini davam etdirəcəyik”, - deyə Petkov bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti