Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir

Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir
  20 İyul 2022    Oxunub:1564
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikası ərazisində fövqəladə vəziyyət rejiminə xitam verilməsi haqqında fərman imzalayıb.
AzVision.az bu barədə "Kun.uz"a istinadən xəbər verir.

Fərman 21 iyul 2022-ci il saat 05:00-dan qüvvəyə minir.

Sənəd təsdiq olunmaq üçün Özbəkistan Ali Məclisinin palatalarına göndərilib.

Xatırladaq ki, iyulun 2-də prezident Şavkat Mirziyoyev “Qaraqalpaqıstan Respublikası ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərman imzalayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti