Bayden xərçəng xəstəliyinə tutulub?

   Bayden xərçəng xəstəliyinə tutulub?
  21 İyul 2022    Oxunub:1188
Ağ Ev ABŞ Prezidenti Cozef Baydenin onda xərçəng aşkarlanması ilə bağlı sözlərinə münasibət bildirib. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts tviter səhifəsində yazıb. Beyts bildirib ki, dövlət başçısı ondan əvvəllər cərrahi yolla kəsilib götürülən dəri şişini nəzərdə tutur.
“Washington Post”un redaktoru Qlenn Kessler mikrobloqunda Baydenin əvvəllər dərc olunmuş tibbi hesabatına işarə edib. O, xatırladıb ki, demokrat prezident olmamışdan əvvəl də onun dərisində melanoma olmayan şişlər çıxarılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden uşaqlığını keçirdiyi bölgədəki ətraf mühitin çirklənməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu söyləyib.

Qeyd edək ki, melanoma xərçəng xəstəliyinin ən təhlükəli növlərindən biridir. Xəstəlik tez inkişaf edir və metastaz verir.

AzVision.az ğ


Teqlər:





Xəbər lenti