Portuqaliyada anomal istilərdən 1 065 nəfər öldü

Portuqaliyada anomal istilərdən 1 065 nəfər öldü
  21 İyul 2022    Oxunub:1053
Portuqaliyada anomal istilər 1 065 nəfərin ölümünə səbəb olub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ölüm statistikası 7-18 iyul tarixlərini əhatə edir. Yüksək temperaturun artması ilə bağlı yaxın günlərdə daha çox ölüm ehtimalının olduğu bildirilib.

Portuqaliya Dəniz və Atmosfer İnstitutunun məlumatına görə, ölkədə havanın temperaturu yüksək yanğın riski səviyyəsində qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti