Aİ Ukraynaya silah almaq üçün 500 milyon avro ayırdı

Aİ Ukraynaya silah almaq üçün 500 milyon avro ayırdı
  21 İyul 2022    Oxunub:1590
Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 500 milyon avroluq beşinci tranşın Ukraynaya ayrılması ilə bağlı yekun qərar qəbul edib.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib. Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.

Beləliklə, Aİ 2022-ci ilin martından Kiyevə hərbi yardım üçün artıq 2,5 milyard avro ayırıb. Bu pul Ukraynaya silah tədarük edən Aİ ölkələrinə kompensasiya kimi istifadə olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti