Mühəndis-istehkamçıların peşəkarlıq səviyyəsi artırılır - VİDEO

Mühəndis-istehkamçıların peşəkarlıq səviyyəsi artırılır -    VİDEO
  21 İyul 2022    Oxunub:463
2022-ci ilin hazırlıq planına əsasən Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin də iştirakı ilə keçirilən dərslərdə hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçulara mühəndis-istehkam qurğularının taktiki-texniki xüsusiyyətləri və onlardan istifadə qaydalarının öyrədilməsi ilə şəxsi heyətin döyüş hazırlığının artırılmasından ibarətdir.



AzVision.az

Teqlər:







Xəbər lenti