Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqlədi

   Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqlədi
  21 İyul 2022    Oxunub:1304
Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib. Yeni paketə Rusiya qızılının idxalına məhdudiyyətlər, 55 fiziki və hüquqi şəxsin qara siyahıya salınması və ikili təyinatlı məhsulların siyahısının genişləndirilməsi daxildir.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen özünün “Twitter” səhifəsində yazıb. Eyni qərarla Rusiya Federasiyasına qarşı bütün mövcud sanksiyalar 2023-cü il yanvar ayının sonuna qədər uzadılıb. Yeni sanksiyalar paketi Avropa İttifaqının rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələribuna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib. Sanksiyaların siyahısı getdikcə genişlənir.

AzVision.az



Teqlər:



Xəbər lenti