“Azərbaycan böyük dostumuzdur” – Gürcüstanın patriarxı

   “Azərbaycan böyük dostumuzdur” –    Gürcüstanın patriarxı
  21 İyul 2022    Oxunub:2037
Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyul ayının 21-də Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə görüşüb.

Gürcüstanın patriarxı Azərbaycan xalqına ən xoş arzularını bildirib. Gürcüstanla Azərbaycanın hər zaman bir yerdə olmalarını, eyni mövqedən çıxış edərək çətinliklərə qarşı birgə mübarizə apardıqlarını deyib. Azərbaycanı Gürcüstanın “böyük dostu” adlandıran II İlya Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin ehtiramını bildirib.


Daha sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu deyərək, Patriarx II İlya dostluğun uzaq dövrdən başlandığını və Cənubi Qafqazda sülh və əmin-amanlığın qorunub saxlanılmasındakı rolundan danışıb. Azərbaycanın apardığı 44 günlük Vətən Müharibəsini xüsusi qeyd edən Hacı Allahşükür Paşazadə erməni din xadimlərinin bu gün də revanşist çağırışlar etdiyindən təəssüfləndiyini vurğulayıb.


Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.


Daha sonra Azərbaycan nümayəndə heyəti Tiflisin mərkəzində ucaldılmış “Qəhrəmanlar abidəsi”ni ziyarət edib.

Kamran Qasımov
AzVision.az üçün


Teqlər: Din  



Xəbər lenti