|
| “İndi əsas məsələ Qarabağın dünyaya təqdimatıdır” – Səadət Yusifova |
- “Post-həqiqət erası”na xas dezinformasiya, nifrət nitqi, zəzərli kontent kimi neqativ trendlərlə mübarizə məqsədilə məlumatlandırma, media və informasiya savadlılığı kimi fenomenləri ön sıraya çıxdı. Çirkli informasiyanın çoxluğu informasiyadan yorğunluq sindromunu doğurmaqla, ciddi xəbərlədən uzaqlaşma tendensiyasını sürətləndirdi. Sosial media sahəsində məsuliyyəti artırmaq üçün hüquqi tənzimləmənin gücləndirilməsini stimullaşdırdı. Bir tərəfdən reklam və abunə bazarını daraltmaqla, medianın biznes struktur kimi fəaliyyətini zəiflətdi, nə qədər paradoksal səslənsə də, digər tərəfdən proporsional olaraq informasiyaya tələbatı dəfələrlə artırdı,- Səadət Yusifova vurğulayıb.
O qeyd edib ki, nəticədə kiçik media biznes vahidlərinin müflisləşməsi və daha böyük media-biznes strukturlar tərəfindən absorbasiyası baş verdi, media biznesin rəqəmsallaması və hibrid fəaliyyət formatına keçid prosesi sürətləndi. Google və Meta kimi sosial şəbəkə nəhənglərinin 2021-ci ildə dünya internet bazarının 54%-ni əhatə etməsi müşahidə edildi. 2023-ci ilə qədər isə bu rəqəmin 60%-ə çatması gözlənilir.
Pandemiya və iqlim dəyişməsi kontekstində müxtəlif fəaliyyət sahələrinin kəsişməsində olan databaza əsaslı elmi - tədqiqat jurnalistikasını stimullaşdırdı, medianın beyin mərkəzləri və elmi-tədqiqat institutları ilə birgə fəaliyyətini şərtləndirdi. Ciddi maliyyə və yaradıcılıq böhranı ilə üzləşən jurnalistikanın və informasiya işinin “ictimai rifah” kimi qorunub saxlanması üçün dövlət dəstəyinin artması məsələsini gündəmə gətirdi. Həyat fəaliyyətinin bütün istiqamətlərində rəqəmsallaşma və hibrid fəaliyyət növlərinə keçid adi həyat tərzinə çevrildi.
“Təbii ki, bütün bu risk və təhdidlər Azərbaycandan da yan keçmədi. Lakin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında pandemiyaya qarşı mübarizədə görülmüş kompleks tədbirlər, informasiya və kommunikasiya siyasətinin sistemli və düzgün qurulması cəmiyyətin dövlətə etimadını təmin etdi”,- deyə Səadət Yusifova vurğulayıb.







Vaxtında, Aydın, Lazımlı!


