Vatsapda yeni funksiya

   Vatsapda yeni funksiya
  22 İyul 2022    Oxunub:1861
Artıq vatsap istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən messencer məlumatlarını ötürə biləcəklər.
Keçən il belə funksiya “Samsung” istifadəçiləri üçün yaradılmışdı. Yenilik hesab məlumatlarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları və ayarları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan verir. Bununla belə, zəng tarixçəsi və hesabın görünən adı kopyalanmır.

Qeyd olunur ki, istifadəçi minimum “Android 5.0” və ya “iOS 15.5” əməliyyat sistemli smartfona malik olmalıdır. Bundan əlavə, “Android”də vatsapın 2.22.7.74 və ya daha yüksək versiyası, iOS-da isə vatsapın 2.22.10.70 və ya daha yuxarı versiyası quraşdırılmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti