Ərdoğan Yunanıstana xəbərdarlıq etdi

   Ərdoğan Yunanıstana xəbərdarlıq etdi
  22 İyul 2022    Oxunub:973
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
3 saat 10 dəqiqə davam edən toplantının ardından yazılı açıqlama yayımlanıb. Sənəddə terrorla mübarizə məsələsi ön plana çıxarılıb.

Həmçinin, Yunanıstana xəbərdarlıq edilərək, Egey dənizində qanun pozuntularının davam etdirilməsinin qəbuledilməz olduğu vurğulanıb. Bəyanatda Rusiya-Ukrayna müharibəsinə də toxunulub və Türkiyənin daimi sülh üçün səylərinin davam edəcəyi bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti