Mərkəzi Banka xanım baş direktor təyin edildi

   Mərkəzi Banka xanım baş direktor təyin edildi
  22 İyul 2022    Oxunub:1708
Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə yeni təyinat olub.
AzVision.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.

Gülər Paşayeva daha əvvəl "Paşa Bank"da çalışıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti