İntihar və intihara cəhd hallarının sayı azalıb

   İntihar və intihara cəhd hallarının sayı azalıb
  22 İyul 2022    Oxunub:1122
İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.

Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb.

Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti