Azərbaycanda hər il yeni dərman istehsal olunacaq

   Azərbaycanda hər il yeni dərman istehsal olunacaq
  22 İyul 2022    Oxunub:1388
Azərbaycanda hər il 4 adda yeni dərman preparatı istehsal olunacaq.
AzVision.az xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Sənəddə bildirilib ki, hazırda ölkədə 33 adda dərman preparatı istehsal olunur.

Tədbirlər Planına əsasən, Səhiyyə Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə 2022-2026-cı illər ərzində hər il ölkədə 4 adda yeni dərman preparatının istehsalını təmin etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti