Şoyqu İstanbulda

   Şoyqu İstanbulda
  22 İyul 2022    Oxunub:1569
Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbula səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Habertürk” telekanalı yayıb. Məlumata görə, bu gün taxılla bağlı imzalanacaq sazişi Türkiyə və Rusiya tərəfindən müdafiə nazirləri imzalayacaq. Bildirilir ki, Şoyqu məhz bu səbəbdən Türkiyəyə səfər edib.

İyulun 21-də BMT-nin Baş katibi Antonio Quterriş Ukrayna və Rusiya taxılının, həmçinin Rusiya gübrəsinin ixracına dair sazişin imzalanmasında iştirak etmək üçün İstanbula gəlib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənədin imzalanacağını elan edib. İyulun 13-də Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətlərinin bu məsələ ilə bağlı görüşü baş tutub. Danışıqlar mətbuatın iştirakı olmadan qapalı formatda keçirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti