Portuqaliya və İspaniya qaza qənaət planını dəstəkləmədi

   Portuqaliya və İspaniya qaza qənaət planını dəstəkləmədi
  22 İyul 2022    Oxunub:2136
Portuqaliyanın ətraf mühit və enerji üzrə dövlət katibi Joau Qalamba Avropa Komissiyasının qaza qənaətlə bağlı təklifini dəstəkləmədiyini bildirib.
Onun sözlərinə görə, bunu Portuqaliyaya şamil etmək olmaz: “Portuqaliya komissiyanın bu təklifinə qarşıdır, çünki o, ölkələr arasındakı fərqləri nəzərə almır”. Qalamba əlavə edib ki, bu təşəbbüs Portuqaliyanı işıqsız qalmağa məcbur edir.

İspaniyanın ekoloji keçid və demoqrafik problemlər üzrə naziri Tereza Ribera Madridin də Brüsselin təşəbbüsünü bölüşmədiyini bildirdikdən az sonra Lissabon Avropa Komissiyasının təklifini dəstəkləməkdən imtina edib.

AzVision.az



Teqlər:



Xəbər lenti