Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

   Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
  22 İyul 2022    Oxunub:1792
Böyük Britaniya Rusiyadan qızıl idxalına qarşı sanksiyalar tətbiq edib və Rusiyadan birbaşa və ya dolayı yolla kömür və kömür məhsullarının, eləcə də neftin alınmasına və idxalına qadağa tətbiq edəcək.
Bu barədə krallıq hökumətinin saytında yerləşdirilən məlumatda deyilir. Qızıl idxalına qadağa 21 iyulda, kömür idxalına qadağa 2022-ci il avqustun 10-da, neft idxalına qadağa isə 31 dekabr 2022-ci ildə qüvvəyə minib. Bundan əlavə, London müvafiq texniki dəstək, maliyyə xidmətləri və broker xidmətlərinin göstərilməsinə qadağa qoyub.

AzVision.az


Teqlər: Britaniya  



Xəbər lenti