Taxıl ixracına dair saziş imzalandı

   Taxıl ixracına dair saziş imzalandı
  22 İyul 2022    Oxunub:709
Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
AzVision.az xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.

Sazişi Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar.

Saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb.

Sənədə əsasən, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti