BMT taxıl ixracına dair sazişin detallarını açıqladı

   BMT taxıl ixracına dair sazişin detallarını açıqladı
  22 İyul 2022    Oxunub:2234
Ukraynadan taxıl ixracına dair sazişə əsasən sularda əlavə minalardan təmizləmə işləri aparılmayacaq.

AzVision.az xəbər verir ki, bunu BMT-nin 6yüksək rütbəli rəsmisi deyib. O, bunu prosesin 3-4 ay aparması ilə əlaqələndirib:
"Biz qərara gəldik ki, təhlükəsiz dəhlizlərdən istifadə etmək daha səmərəli olacaq. Bunu Ukrayna tərəfi müəyyənləşdirəcək. Bu gəmilər ukraynalı pilotların müşayiəti ilə aparılacaq", - o əlavə edib.

Taxıl sazişi müqaviləsində limanlar hücumlardan qorunur.

“Sazişdə deyilir ki, tərəflər sazişin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər.

BMT-nin yüksək rütbəli rəsmisi bildirib ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək. Tərəflərin Birgə Koordinasiya Mərkəzini tamamlamaq, yoxlamalar aparmaq üçün qruplar yaratmaq, Ukrayna limanlarında taxıl ixracına hazırlaşmaq üçün vaxt lazımdır.

BMT-rəsmisi İstanbulda imzalanan taxıl müqaviləsinin müddətinin uzadılma ehtimalının 120 gün olduğunu bildirib. Eyni zamanda,o, müqavilənin münaqişə bitənə qədər qüvvədə saxlanılmasının vacibliyini qeyd edib.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində Ukraynadan taxıl ixrac edən gəmilərin monitorinqində iştirak edəcəklər. Birgə Koordinasiya Mərkəzi gəmilərin müəyyən təhlükəsiz dəhlizlərdə hərəkət etməsini və mümkün insidentlərə reaksiya verməsini də təmin edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti