Türkiyə və Rusiyanın müdafiə nazirləri yenidən görüşəcək

   Türkiyə və Rusiyanın müdafiə nazirləri yenidən görüşəcək
  23 İyul 2022    Oxunub:1051
Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə əlavə görüş keçirmək niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə H.Akar “CNN Türk” telekanalının efirində bildirib.
“Bir müddət sonra Sergey Şoyqu və ukraynalı dostlarımızla əlavə görüşümüz olacaq. Onların seçdikləri kadrları ən qısa zamanda mərkəzimizə göndərmələrini gözləyirik. Mərkəz fəaliyyətə başlayan kimi əməliyyatın ümumi koordinasiyası buradan həyata keçiriləcək”, - deyə H.Akar bildirib.

Xatırladaq ki, ötən gün İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti