ABŞ Ukraynada iki amerikalının öldüyünü təsdiqlədi

ABŞ Ukraynada iki amerikalının öldüyünü təsdiqlədi
  23 İyul 2022    Oxunub:1202
Dövlət departamenti bu yaxınlarda Ukraynada iki Amerika vətəndaşının həlak olduğunu təsdiqləyib
AzVision.az xəbər verir ki, bu barədə ABC telekanalı ABŞ xarici siyasət idarəsinin nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilib ki, amerikalıların ölüm faktı Ukraynanın Donbas regionunda qeydə alınıb. Dövlət departamentinin nümayəndəsi bildirib ki, hakimiyyət orqanları həmin şəxslərin ailələri ilə təmasdadır və onlara mümkün olan bütün dəstək göstərilir.

Telekanal həlak olanların adlarını açıqlamır və güman edir ki, onlar Ukrayna tərəfindən hərbi əməliyyatlarda iştirak ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti