ABŞ-da 2 uşaqda meymunçiçəyi aşkarlanıb

   ABŞ-da 2 uşaqda meymunçiçəyi aşkarlanıb
  23 İyul 2022    Oxunub:1284
ABŞ-da iki uşaqda meymunçiçəyi virusu aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi məlumat yayıb. Bildirilib ki, hadisələrdən biri Kaliforniyada, digəri isə Vaşinqtonda qeydə alınıb.

Uşaqların səhhətinin yaxşı olduğunu bildirilir. Xəstəliyin onlara necə yoluxduğu araşdırılır.

Qeyd edək ki, ABŞ-da meymunçiçəyi virusu indiyədək ən azı 8-i qadın olmaqla 2800-dən çox insanda görülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti